18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda çayxanada kişidən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT
Bakının Xətai rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Rəcəb Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.
Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Rəcəb Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay qədər artırılıb.
Qeyd edək ki, ötən il oktyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsində yerləşən "Şəhrizad" çay evində Rəcəb Məmmədov arvadı, 1986-ci il təvəllüdlü Günel Məmmədovu öldürmək niyyəti ilə bıçaqlayıb, hadisə yerindən qaçıb.
Orada olan şəxslərin köməyi ilə 32 yaşlı qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Xətai rayon Polis İdarəsinin əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində Rəcəb Məmmədov saxlanılıb.
İstintaq orqanı tərəfindən Rəcəb Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Hazırda Xətai rayon Prokurorluğunda istintaq tədbirləri davam edir.
Nəzrin Abbaszadə
Emtv.az