18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ədliyyə nazirinin müavini parlamentdə hesabat verəcək
Milli Məclisin (MM) yaz sessiyasının fevralın 12-də keçiriləcək ikinci plenar iclasının gündəliyi məlum olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, plenar iclasın gündəliyinə ilkin olaraq 32 məsələ daxildir.
Gündəliyə daxil edilən digər məsələlər “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Milli Məclisin komitələri haqqında”, “Gənclər siyasəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.
Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.
İclasda bələdiyyələrlə bağlı illik məruzə dinləniləcək. Hesabat məruzəsi ilə ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.
Qeyd edək ki, hesabata görə, Azərbaycanda bələdiyyə aktlarının hüquqi ekspertizasına diqqət artırılıb. Yəni ötən il bələdiyyə aktlarının 2200-dən çoxunun ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı təkliflər verilib. Bələdiyyələr bu təklifləri qəbul edib, aktlarda düzəlişlər ediblər.
Qeyd olunub ki, doqquz bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb. Bu iddialardan dördü baxılaraq təmin edilib, beş iş isə məhkəmələrin icraatındadır.
Daha sonra qeyd edilib ki, bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik olunub.
Nəzrin Abbaszadə
Emtv.az