17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Milli Məclis aprelin 7-də toplanacaq - Gündəlik
“Milli Məclisin yaz sessiyasının növbəti iclası aprelin 7-də keçiriləcək”
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
A.Təvəkküloğlu əlavə edib ki, parlamentin yaz sessiyasının həmin iclasının gündəliyinə 40 məsələ daxil edilib.
Yaz sessiyasının növbəti iclasında insan alverinə qarşı mübarizə üzrə milli kordinatorun illik məlumatı, bir neçə hökumətlərarası sazişlərin , birgə bəyanatların və sənədlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Gündəlikdə bir sıra qanunlara da dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
1. “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik;
2. “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;
3. “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişiklik;
4. “Qeyri dövlət, özəl müəssisə fəaliyyəti haqqında” qanuna dəyişiklik;
5. “Veteranlar haqqında” qanuna dəyişiklik;
6. “Təhsil haqqında” qanuna dəyişiklik;
7. “Milli Arxiv Fondu haqqında” qanuna dəyişiklik;
8. “Aviasiya haqqında” qanuna dəyişiklik;
9. Cinayət Məcəlləsinə dəyişiklik;
10. Vergi Məcəlləsinə dəyişiklik;
11. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
12. “Dövlət satınalmaları haqqında “qanuna dəyişiklik;
13. “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 1-ci oxunuşda;
Emtv.az