18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Şahin Hacıyev Yerevanda qondarma "erməni soyqırımı qurbanları" abidəsini ziyarət etdi
Azərbaycanın yerli informasiya agentliyinin redaktoru Şahin Hacıyev öz işçi qrupu ilə birlikdə Ermənistandadır.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş Azərbaycan jurnalistləri səfərləri zamanı siyasətçilər və jurnalistlərlə görüşlər keçiriblər.
Ermenihaber.am-a verilən məlumata görə, azərbaycanlı jurnalistlərin bir qrupu "erməni soyqırımı qurbanları"nın abidəsini ziyarət edib.
Panorama.am-ın verdiyi məlumata görə isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan Facebook səhifəsində Yerevanda olan Şahin Hacıyevə müraciət edib və ona müsahibə verib. Poqosyan Azərbaycan jurnalisti ilə şəklini paylaşıb və sonuncunun onun sözlərini təhrif etməyəcəyinə söz verdiyini bildirib.
Tevan Poqosyan onu da vurğulayıb ki, Azərbaycan jurnalistinin məqsədi "Ermənistanın ictimai rəyini başa düşməkdir".
Yeri gəlmişkən, Ş.Hacıyev Facebook sosial şəbəkəsindəki səhifəsində Ermənistana səfəri ilə əlaqədar hələ heç nə yazmayıb. Bununla belə, yerli xəbər agentliyi fevralın 5-də jurnalistin Ermənistana səfəri barədə bəzi təfərrüatları açıqlayıb.
Nəzrin Abbaszadə
Emtv.az