SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistandan qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Yerevanda inkişaf yoxdur”

30-11-2018, 12:27 | Oxunub: 12 048 |

Ermənistandan qayıdan Azərbaycan nümayəndə heyətinin rəhbəri: “Yerevanda inkişaf yoxdur”
Gördüyüm o idi ki, Ermənistanın paytaxtı Yerevanda inkişaf yoxdur. Mən Yerevanda 5-6 dəfə olmuşam, vəziyyət dəyişməyib.

Şəhərdə otellər, idarə və təşkilatlar üçün ofislər tikilib, onların da bəziləri hazır deyil. Yəni xüsusi bir inkişaf yoxdur.

Yaşayış səviyyələri də yüksək deyil. Hər şeyə diqqət edirdim, hətta geyimləri də müasir deyildi.

Emtv.az xəbər verir ki, bunu yerli mənbələrə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev deyib.

O, Azərbaycan nümayəndə heyətinin yüksək səviyyədə mühafizə olunduğunu qeyd edib: "Əl-üzümüzü yumağa gedəndə də, qapıda mühafizə dayandırdı. Otelimiz tam mühafizə olunurdu. Biz bunu başa düşürdük ki, belə olmalıdır. Ermənilərlə xüsusi təmasımız olmadı. İclas olan gün də axşam Məclisin üzvlərinə ziyafət verdilər. Biz Türkiyə nümayəndə heyəti ilə birlikdəydik, qayıdanda da onlarla qayıtdıq".

Nümayəndə heyətinin rəhbəri yubiley medalından imtina etmələrinə də aydınlıq gətirib: "Yubiley medalından imtina edəcəyimizi öncədən demişdim. Hətta mənə dedilər ki, medal təşkilata məxsusdur, Ermənistana aidiyyəti yoxdur. Mən də dedim ki, bilirəm, amma istəmirəm ki, bu medalı erməni spikerdən alım. Niyə onun imzası olan medalı almalıyam? İclas başlamazdan öncə xahiş edildi ki, siyasiləşdirməyək. Fikrim var idi ki, iclasda deyim Ermənistan Azərbaycanın 20 faizi torpağını işğal edib, nəticədə ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünü var, ona görə də medalı necə ala bilərəm? İclasda dedim ki, 4 dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilmişəm, təcrübəm var, amma beynəlxalq səviyyədə təcrübəm yoxdur deyə, bu medalı ala bilmərəm, yəni bu yüksək mükafatı almağa hazır deyiləm... Məndən öncə Gürcüstan nümayəndə heyətinin üzvü çıxışa başladı, o da medalı almaqdan imtina etdi. Belə əsaslandırdı ki, iclasda nümayəndə heyətinin rəhbəri iştirak etmir. Azərbaycan nümayəndə heyətindən sonra Türkiyə nümayəndə heyətinin rəhbəri Cəmil Öztürk çıxış etdi. Dedi ki, bu beynəlxalq təşkilatda təmsilçiliyi yenidir, ona görə medalı almaq istəmir. Ukrayna da medalı almaqdan imtina etdi. Faktiki 4 nümayəndə heyəti medalı almadı, onlar da həm təəccübləndilər, həm də şok vəziyyətinə düşdülər, bir-birlərinə baxırdılar. İclasda Ermənistan xarici işlər nazirinin müavini də iştirak edirdi. Ona görə də spiker medalı digər ölkələrin nümayəndə heyətlərinə təqdim etməyi təklif etdi, medal 8 nümayəndə heyətinə verildi. Onu deyim ki, plenar və komitə iclaslarında qarşıdurma olmadı".

E.Quliyev səfər çərçivəsində şəhərə gəzintiyə çıxmadığını bildirib: "Biz səfərdə olduğumuz müddətdə şəhərə gəzintiyə çıxmadıq, çünki müəyyənləşdirilmiş proqram vardı. Proqramda qondarma "erməni soyqırımı" abidəsini ziyarət etmək, tarixi muzeylərə getmək nəzərdə tutulurdu. Biz oranı niyə ziyarət etməliyik ki? Onların tarixi var ki? Hamısı uydurulub... Yalnız nümayəndə heyətinin üzvü Əflatun Amaşov və təşkilatın Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev Yerevanda Göy Məscidə baş çəkiblər. Əslində, Amaşova dedim ki, məsləhət görmürəm. Orada məscidə erməni rəhbərlik edir. Təsəvvür edin, məscidin rəhbəri ermənidir...".

Deputat xatırladıb ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçib: "Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik edəcək. Bu, 6 ay davam edəcək".

Aynurə Kərimli
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR