SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Küçəyə atılan uşaqların nənəsi danışdı - 11 ildir qızından xəbərsizdir...

5-02-2019, 13:09 | Oxunub: 10 419 |

Küçəyə atılan uşaqların nənəsi danışdı - 11 ildir qızından xəbərsizdir...

Bərdədə iki azyaşlı uşağını küçəyə atan qadınla bağlı yeni faktlar ortaya çıxıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Qazax rayonunun Kəmərli kənd sakini olan Yeganə Nemət qızı Osmanovadan valideynləri illər öncə imtina edib. Qadının qohumları küçədən tapılan uşaqların atasını tanımadıqlarını deyirlər.

Yeganənin anası Yasəmən Osmanova 11 ildir ki, qızından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, Yeganə 5 ay evli olub. Sonra ailəsindən boşanaraq atasının evinə qayıdıb. Bir ildən sonra evdən qaçaraq başqa bir kişi ilə qeyri-rəsmi münasibət qurub.

"El qaydası ilə ərə getdi. Onu vağzalı ilə evdən yola saldıq. 5-6 aydan sonra qayıtdı gəldi. 1 il evdə qaldı, ondan sonra çıxıb harasa getdi. Birinci nikahdan uşağı yox idi".O, nəvələrini heç vaxt görmədiyini söyləyib: "Uşaqların atasını tanımırıq. Məlumatımız yoxdur. Yeganə 11 il əvvəl evdən çıxıb. Həmin vaxtdan onunla əlaqəni kəsmişik. Artıq yaddan çıxarmışıq. Nə etdiyini, kiminlə yaşadığını da bilmirik. Belə bir insan bizim həyatımızda yoxdur".
35 yaşlı Yeganə Osmanova evdən qaçdıqdan sonra yüngül həyat tərzi keçirməyə başlayıb. 2008-ci ildən indiyədək ailəsi onunla maraqlanmayıb.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR