SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Övladlarını atan ana: Gecə evdən çıxıb qaçdım

4-02-2019, 13:17 | Oxunub: 10 402 |

Övladlarını atan ana: Gecə evdən çıxıb qaçdım

Bərdə rayonunda küçədən tapılan iki azyaşlı uşağın valideynləri barədə araşdırma aparılır.

Emtv.az xəbər verir ki,bunu yerli mətbuata açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin nəzdində komissiya yaradılıb:“Hazırda bu istiqamətdə Bərdənin yerli Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən monitorinq aparılır. Valideynlərin dəqiqləşdirilməsinə çalışılır. Hər bir halda valideynlərin uşaqlara qarşı mövqeyi doğru deyil. Azyaşlıların mövqeyi müdafiə edilməlidir. Amma Komitə hadisəyə fikir bildirmək üçün komissiyanın verəcəyi yekun qərarı gözləyir. Araşdırmanın nəticəsinə əsasən, həmin valideynlər valideynlik hüququndan tamamilə məhrum edilə bilərlər”.

Uşaqların anası - Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova Report-a açıqlamasında bildirib ki, körpələri maddi çətinlik səbəbindən atıb:“Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə iki manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulunu verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o evə aparan iş yoldaşıma verib”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən axşam saatlarında Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan iki azyaşlı tapılıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR