SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Prezident İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə səbəb olub"

4-02-2019, 11:38 | Oxunub: 9 693 |

"Prezident İlham Əliyevin siyasəti ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə səbəb olub"

Müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır.

Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Müasir dünyanın ən mühüm tələblərindən biri təhsilli və savadlı gənclərin yetişməsidir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd etdi: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır".

N.Məmmədova əlavə edib ki, Prezident İlham Əliyevin bu çıxışı ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətə sadiqliyini göstərir: "Cünki ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına çalışırdı. Bu, ixtisaslı, savadlı gənc kadrlar sayəsində fövqəldövlətin bir respublikası kimi Azərbaycanın irəli getməsinə, nüfuz qazanmasına səbəb oldu. Bu gün də həmin mütəxəssislər Rusiya və digər MDB ölkələrində diasporumuzun əsasını təşkil edirlər".

Politoloq vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin strateji məqsədlərindən biri beynəlxalq münasibətlərdə dövlətimizin yeritdiyi siyasəti uğurla davam etdirməyi bacaran, dünyanın reallıqlarını aydın dərk edib ona uyğun fəaliyyət göstərmək potensialı olan gənc kadrların hazırlanması prosesinin davamlılığını təmin etməkdən ibarətdir:"Eləcə də müasir dünyanın çağırışları savadlı, erudisiyalı gənclərin sayəsində ölkələrin dünyada öz layiqli yerini tutacağını deməyə əsas verir. Qloballaşma, dördüncü sənaye inqilabı, süni intellektin yaradılması hər bir dövlətdən adekvat davranış, çağırışlara strateji yol xəritələri ilə yanaşma tələb edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR