SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Baş prokurorun keçmiş müavininin məhkəməsi - "Özümü təqsirli bilmirəm"

2-02-2019, 13:23 | Oxunub: 11 448 |

Baş prokurorun keçmiş müavininin məhkəməsi - "Özümü təqsirli bilmirəm"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Cəfərov özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra zərərçəkmiş Rəşad Yusifov ifadə verib. O deyib ki, atası Rəhman Yusifov 2013-c ildə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub: "2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladı. Daha sonra Ali Məhkəməyə müraciət etdik və Məmmədvəli Cəfərovla da yenidən müqavilə bağladıq. Müqaviləyə görə, ona 2 min manat pul verdim. Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, işi həll edəcəyini bildirib, məndən də həmin ilin noyabr ayında 150 min manat pul istədi. Mən də əvvəl Xətai metrosunun qarşı tərəfində ona 140 min manat pul verdim. Həmin məbləğdən 20 min manatı dostum Fuad Əfəndiyevdən almışdım. Görüşə də elə onunla getdim. Lakin Məmmədvəli Cəfərovun maşınında onunla ikimiz görüşüb 140 min manatı verdim. Daha sonra da ona 10 min manat pul vermişəm. Məmmədvəli Cəfərov 2015-ci ilin əvvəllində iki dəfə kassasiya şikayətini geri götürdü ki, "iş alınmır". Sonra baxdım ki, bu adam məni aldadır. Pulumu geri istəyəndə bəhanələr etdi, telefonumu açmadı, mənə ümidlər verdi".

Zərərçəkmiş söyləyib ki, M.Cəfərov ona həmin 150 min manatdan hissə-hissə 61 min manat pul qaytarıb: "Bu adam istintaqda deyib ki, guya mən pulu ona biznes qurmaq adı ilə vermişəm. Üzləşmə zamanı hansı biznesin olduğu barədə düzgün cavab belə verə bilmədi. Hətta bir neçə dəfə məhləmizdə taksi sürücüsü işləyən Kamandar Süleymanovdan xahiş etmişəm ki, gedib pulu Məmmədvəli Cəfərovdan götürsün. Kamandar da gedib, bundan pulu alıb".

R.Yusifov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorunun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR