18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiyada azərbaycanlı iş adamı güllələndi
Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib.
R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az