18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Daha bir azərbaycanlı iş adamı yoxa çıxıb – “Kiyevə gedirəm” deyib, amma…
Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib.
Emtv.az xəbər verir ki, Luqanskda yaşayan azərbaycanlıların apa-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.
“Luqansk Xalq Respublikası”nın polisi itkin düşən azərbaycanlı iş adamının axtarışına başlayıb. Kiyevə yola düşən iş adamının evdən çıxdığı günün ertəsi gündən onunla əlaqə kəsilib və xəbər yoxdur. R. Mirzəyev uzun müddətdir Ukraynada yaşayır və kənd təsərüfatı biznesi ilə məşğuldur.
Qeyd edək ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının, yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb, 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da nəticə yoxdur.
Emtv.az