18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yataq səhnəsi ilə “Oskar” alan Hollivud ulduzları
Amerika kino akademiyasının tənqidçilərinin marağına səbəb olan filmlərin ümumi cəhətləri var.
"Oskar"ın siyahısına düşən filmlərin bir çox hallarda irqçilik, cinslərin bərabər hüququ, eyni cinslərin sevgisi və digər ciddi məsələlərə aid ssenarisi olur.
Buna baxmayaraq, "Oskar" mükafatı alanlar içində məhz açıq-saçıq səhnələrə görə bu mükafata layiq görülənlər də var.
Emtv.az yerli KİV-ə istinadən oxucularına yataq səhnələrinə görə "Oskar" alan ulduzların siyahısını təqdim edir.
Natali Portman "Qara qu quşu" filmi
Bir çoxları Darren Aronofskini filmdə Mila Kunis və Natali Portmanla yaxınlığa görə tənqid edir. Natali üçün bu, ilk açıq-saçıq səhnə deyildi. Karyerasının ilk illərində "Şevalye oteli" filmində də soyunub. "Qara qu quşu filminə görə isə, "Oskar"a layiq görüldü
Qvinet Peltrou "Aşiq Şekspir" filmi
1998-ci il Qvinet üçün karyerasında əsl dönüş ili oldu. İlin əvvəlində "Ehtiyatlı olun, qapılar bağlanır" filmi işıq üzü gördü. Qısa müddət sonra isə "Aşiq Şekspir" filmi ekranlara çıxdı. Bu film tənqidçiləri məftun etdi. Qvinet açıq-saçıq səhnələri xoşlamır. Amma bu filmdə ilk dəfə sinəsini açır. 1999-cu ilin fevral ayında isə "Oskar" alır.
Holli Berri "Monstrlar balı" filmi
İndi yüksək mükafata layiq görülən qaradərili qadınla heç kəsi təəccübləndirmək olmaz. Amma 2002-ci ildə "Oskar" Holli üçün əsl dönüş idi. O, ilk və yeganə afro-amerikalı qadın idi ki, "Oskar"a layiq görülmüşdü. Sözügedən filmdə Holli Billi Bob Torntonla açıq-saçıq səhnələrə çəkilib.
Keyt Uinslet "Qiraətçi" filmi
"Titanik"dən bir il sonra Keyt "Qiraətçi" filminə dəvət edildi. Bu film yazıçı Bernhard Şlinkin eyniadlı romanının motivləri əsasında ekranlaşdırılıb. Film başdan-ayağa yataq səhnələri ilə doludur. Bu filmdən sonra Keyt "Oskar" aldı.
Cessika Lenq "Mavi səma"
1994-cü ildə lentə alınan "Mavi səma filmi"ndə açıq-saçıq səhnələr demək olar ki, yoxdur. Amma filmin qəhrəmanı bir neçə dəfə sinəsi açıq şəkildə günəş vannası qəbul edir. 1990-cı illərin ortaları üçün belə səhnə nadir idi. Bu isə filmin təkcə onu "Oskar"a layiq görən tənqidçilərin yox, tamaşaçıların da yaddaşında qalmasına kömək etdi.
Kevin Speysi "Amerikansayağı gözəllik" filmi
Bu gün Speysinin karyerası seksual qalmaqala görə tənəzzülə uğrayıb. Amma 2000-ci illərdə ən çox tələb edilən aktyorlardan biri idi. "Amerikansayağı gözəllik" filminə görə "Oskar"a layiq görülüb. Filmin süjet xəttinə əsasən, yaşlı kişi sevgilisinin qızına maraq göstərir. Filmdə açıq-saçıq səhnələr yoxdur. Amma Kevinin yaratdığı qəhrəman duşun altında çılpaq oturub qızı düşünür.
Ceffri Raş "Parıltı" filmi
Film məşhur pianoçu Devid Helfqottun həyatından bəhs edir. O, psixiatrik xəstəxanada müalicə zamanı zorakılığa məruz qalır. Buna baxmayaraq, filmdə bir neçə gülməli səhnə də var. Məsələn, baş rol ifaçısı Ceffri Raş batut üzərində çılpaq şəkildə tullanır.
Qeyd etmək lazımdır ki, Ceffriyə qədər çılpaq soyunan heç bir aktyor "Oskar"a layiq görülməmişdi.
Nəzrin Abbaszadə
Emtv.az