18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Məşhur idmançımızı olimpiya çempionu olmağa qoymayan boksçu öldürüldü
2000-ci il Sidney olimpiya oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov "İmza" verilişində qonaq olub.
Emtv.az xəbər verir ki, məşhur keçmiş boksçu etdiyi açıqlamalarla təəccübləndirməyi bacarıb.
Vüqar Ələkbərovun ən diqqət çəkən açıqlaması isə Afina (2004) oyunları zamanı qarşılaşdığı şanssızlıqla bağlı olub. Olimpiyadanın boks yarışlarının püşkü atıldıqdan sonra əsas favorit göstərildiyi üçün komanda yoldaşlarından ikinci olimpiya medalı qazanacağı münasibəti ilə təbriklər aldığını deyən Vüqar, xal hesabında öndə olduğu görüşdə qaraciyərindən ağır zədə alıb.
O zaman hər kəsin onun bilərəkdən suriyalı boksçuya məğlub olduğunu düşündüyünü deyən Vüqar Ələkbərov, oyunu məcbur dayandırmalı olduğunu qeyd edib:"Medal qazandı. Afinadan sonra Suriyada DİN-də polis məmuru kimi çalışmağa başladı. İllər sonra məşqçisi mənə ürək ağrısı ilə dedi ki, Nasər Əl Şam minaya düşdü ayaqlarını itirdi. Bir müddət sonra ikinci dəfə partlayışda öldü".
Qeyd edək ki, Nasər Əl Şam Suriya tarixinə ilk olimpiya medalçısı kimi düşmüşdü.
Nəzrin Abbaszadə
Emtv.az