18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan “Bakı 2017″ IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub
“Bakı 2017″ IV İslam Həmrəyliyi Oyunlarının son günündə 3 növ üzrə mübarizə gedəcək.
Tennis və uşu üzrə fərdi, stolüstü tennisdə isə komanda yarışlarının qalibləri müəyyənləşəcək. Eyni zamanda Bakı Olimpiya Stadionunda bağlanış mərasimi təşkil olunacaq.
Azərbaycan təmsilçiləri tennisdə mübarizəni dayandırdıqlarından, digər iki növdə təmsil olunacaqlar. Stolüstü tennisdə qadınların mübarizəsində Azərbaycan və İran komandaları qarşılaşacaqlar. Uşuda isə 3 idmançı – Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) finalda çıxış edəcək, daha 3-ü – Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) yarımfinalda uduzduqları üçün bürünc medalı təmin ediblər.
Beləliklə, günün qarşılaşmalarının nəticəsindən asılı olmayaraq, Azərbaycanın İslamiadanı 161 medalla başa vuracağı dəqiqləşib. Yarımfinalda uduzanları da əlavə etdikdə, bürünc medal sayının 36 olacağı dəqiqdir. Finalda qeydə alınacaq nəticələr isə Azərbaycanın medal əyarında birinci pillədəki mövqeyinə təsir göstərməyəcək. Hazırda təşkilatçı ölkənin 75, ən yaxın izləyicisi Türkiyənin 68 qızıl medalı var. Türkiyə bu gün maksimum 5 qızıl medal qazana bilər. Bunlar tennis üzrə kişi və qadınların, stolüstü tennis üzrə kişilərin yarışında, eləcə də uşu üzrə 2 çəki dərəcəsində mümkündür. Başqa sözlə, Azərbaycan qeyri-rəsmi komanda hesabında əsas göstərici olan medal əyarında İslamiadanın qalibi olub.
Stolüstü tennis
Qadınlar
10:00. Final. Azərbaycan (Xinqtay Çen, Jinq Ninq, Miao Vanq) – İran (Mahşid Aştari, Maryam Samet, Neda Şahsavari)
Uşu
Final. 11:00-dan etibarən
56 kq. Elçin Eminov – Mahdi Mohammadi (İran)
65 kq. Bayram Şəmmədov – Farud Zəfəri (İran)
70 kq. Vüqar Kərəmov – Səid Fazili (İran)
Bağlanış mərasimi
21:00. Bakı Olimpiya Stadionu
Qeyd edək ki, hazırda Azərbaycanın 75 qızıl, 46 gümüş, 33 bürünc medalı var. Türkiyə isə 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medala malikdir.
Emtv.az