SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nişanlısını öldürən gəncin həbs müddəti uzadıldı

31-01-2019, 11:35 | Oxunub: 9 436 |

Nişanlısını öldürən gəncin həbs müddəti uzadıldı

Sabunçu Rayon Məhkəməsində ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması haqqında istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib.

Əlavə istintaq hərəkətləri aparılması üçün Sabir Qədimovun həbsdə saxlanma müddəti daha bir ay artırılıb.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Sabir Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı, 17 yaşlı Aytən və onun anası, 55 yaşlı Esmira Cəfərovalara xəsarət yetirib və hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölüb, anasına tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Sabir Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Bildirib ki, ailəsi bir neçə gün əvvəl Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Əvvəlcə Cəfərovlar qızı Sabir Qədimova versələr də, sonradan məsələ pozulub. Bu səbəbdən mayın 31-də, axşam saatlarında Sabir Qədimov Aytən Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Sabir Qədimov qızın onunla nişanlanacağını, onunla evlənəcəyini deyib.

Aytən Cəfərova ilə mübahisədən sonra Sabir Qədimov evlərinə qayıdıb. O, babasına məxsus ov tüfəngini götürərək geri dönüb, Aytənlə yenidən mübahisə edib. O, tüfəngi atəş vəziyyətinə gətirən zaman qızın anası qabağa keçib. 21 yaşlı oğlan həm qızı, həm də anasını güllələyib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR