SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sabunçuda hadisə: Bayram günü həmyerlisinin butulka ilə başından vurdu

19-10-2018, 12:52 | Oxunub: 9 261 |

Sabunçuda hadisə: Bayram günü həmyerlisinin butulka ilə başından vurdu

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Emin Ramazanov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunan Emin Ramazanovun həbs müddəti daha 2 ay artırılıb.

Bu barədə Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan qapalı iclasda qərar qəbul edilib.

Qeyd edək ki, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Martın 21-də Tarıyel Həmzəyev xəstəxanada ölüb.

12-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə Tarıyel Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb.

Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslərin arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Hazırda Sabunçu rayon Prokurorluğunda cinayət işi üzrə istintaq hərəkətləri davam edir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR