18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Evdə əxlaqsızlıq yuvası təşkil etdi, müştərinin fahişə ilə intim videosunu çəkdi
Kişini intim fotoları ilə şantaj etdiyinə görə həbs edilən Əlizamin Abıyev azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məhkum olunan Ə. Abıyevin məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Quliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, ittiham aktına əsasən, 2014-cü ildə Emin Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını - M.N (ad şərtidir) adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib.
O, həmin qadının adı ilə "Odnoklassniki"də müştərilərlə əlaqə saxlayıb. Sosial şəbəkədə M.N-ın (ad şərtidir) toruna isə ilk Göygöl rayon sakini Ramil İsmayılov "düşüb". E.Allahverənov həmin şəxslərin görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb.
O, hadisədən bir qədər sonra qrupun digər üzvü Ə.Abıyevlə birlikdə R.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb edib. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər. Hər iki şəxsin hədələrindən bezən R.İsmayılov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.
2014-cü il iyul ayının 3-də E.Allahverənovla Ə.Abıyev R.İsmayılovdan 600 manat alarkən idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar. 2015-ci il avqust ayının 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abıyev 7 il, E.Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Nəzrin Abbaszadə
Emtv.az