18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XƏBƏRDARLİQ:"Qızılca peyvənd olmayan insanlar arasında qeydə alınır"
Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, xəstəliyə yoluxma, əsasən, böyüklər arasında qeydə alınır:"Yoluxma hallarının 90 faizi böyüklər arasında olur. Azərbaycanda qızılca peyvəndi olmayan insanlar arasında da qeydə alınır. Bu insanlar uşaq yaşlarında və 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı müxtəlif səbəblərdən peyvənddən kənarda qalıblar".
A.Əliyeva qeyd edib ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanların sayının həddindən artıq olmasını nəzərə alaraq, mart ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur: "Ölkəyə vaksinlər gətirildikdən sonra yaşlı əhalinin də peyvənd edilməsi üçün elan veriləcək".
Azərbaycanda qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər peyvənddən kənar qalan uşaqlarını peyvənd etdirsinlər:"Bu xəstəliyin profilaktikasında əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Peyvənd təqviminə görə uşaqlar 1 yaşında və 6 yaşında peyvənd edilməlidirlər. Əgər valldeynlər uşaqlarını hər hansı səbəbdən təqvimə uyğun peyvənd etdirməyiblərsə, yenə də gec deyil. Valideynlər peyənd edilməyən uşaqlarını 10 yaşına qədər ərazi tibb müəssisələrinə müraciət edərək peyvənd etdirə bilərlər".
A.Əliyeva əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınıb. Həmin ilin iyul ayından ötən ilin dekabrına qədər isə Azərbaycanda qızılcaya yoluxma baş verməyib.
Nəzrin Abbaszadə
Emtv.az