18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakının 50 milyardlıq hücumu
Azərbaycandan olan qaçqın və məcburi köçkünlər davam edən pozuntu halı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldıra bilər.
Emtv.az xəbər verir ki,bu sözləri yerli mətbuata Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşması ilə bağlı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyanın açıqlamasına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, kompensasiya ilə bağlı iddianı Azərbaycan Respublikası qaldıra bilməz:“İddianı vətəndaşların özləri qaldıra bilər. Ola bilsin ki, dövlət onlara bu iddianı hazırlamaqda kömək və vasitəçilik edir. Böyük ehtimalla burada Çıraqovun işində olduğu kimi, yenə şikayətçi qismində Azərbaycan Respublikası yox, qaçqınlar və məcburi köçkünlərin özləri olacaq. Adətən dövlətlər Avropa İnsan Haqları Məhkəməsinə iddia verdikdə onlar kompensasiya tələbi irəli sürmür. Çünki bu tələbi hüququ pozulmuş şəxslər irəli sürməlidir. Bununla bağlı hazırlıqların getdiyini mən də eşitmişəm. İddianın verilməsi mümkündür, amma buna necə baxılacağı ilə bağlı məsələni indidən demək çox çətindir. Çünki bu cür məsələlərlə bağlı presedent azdır. Bununla bağlı mövcud olan əsas presedentlərdən biri 2004-cü ildə Kiprin cənub tərəfindən Loizidu adlı bir qadının Türkiyəyə qarşı AİHM-də 1 milyon avro təzminat iddiası qaldırması və qalib gəlməsidir. Digər bir presedent isə AİHM-də Çıraqovun işi ilə bağlı Azərbaycanın lehinə qərar çıxarılmasıdır”.
F.Mehdiyev vurğulayıb ki, Avropa İnsan Haqları Məhkəməsi bu cür mövzularda pilot qərar verməyə üstünlük göstərir:“Yəni bir qərar verir və bu kimi məsələlərdə digər müraciətləri almaq istəmir. İstəyir ki, müvafiq dövlətlər pilot qərarı nəzərə alıb, addımlar atsın. Çünki verilən qərarın icrası məsələsində çətinliklər meydana gəlir”.
Hüquqşünas qeyd edib ki, bu xəbərin Ermənistan mətbuatında verilməsinin siyasi səbəbi də ola bilər:“Ermənistan öz cəmiyyətini sülhə hazırlamaq istəyir. Ola bilsin ki, onlar öz cəmiyyətlərini buna hazırlamaq üçün bu xəbəri ilk olaraq tirajladılar. Yəni göstərmək istəyirlər ki, sülh olmasa, Azərbaycan hüquqi müstəvidə nələr etməyə hazırlaşır. O baxımdan bu, Ermənistan hakimiyyətinin Qarabağ danışıqlarında konstruktiv mövqe tutması üçün xalqdan dəstək almaq istiqamətində bir addımıdır”.
F.Mehdiyevin sözlərinə görə, iki tərəf arasında sülh sazişi bağlansa, böyük ehtimalla artıq AİHM bu iddiaya baxmayacaq:“Çünki normalda Avropa İnsan Haqları Konvensiyasına və məhkəmə qaydalarına görə tərəflər arasında məsələ həll olunduqda ərizə baxılmamış saxlanılır. Yəni baxılan işlər siyahısından həmin ərizə çıxarılır. Həqiqətən Ermənistan qaçqınlara geri qayıtmaq imkanı tanısa, ondan sonra qaçqınlar AİHM-ə müraciət edə bilməyəcək. Çünki faktiki məhrumetmə halı Ermənistanın konvensiyaya qoşulmasından əvvəl olub. Əgər faktiki məhrumetmə halı, yəni müharibə Avropa konvensiyasına qoşulandan sonra meydana gəlsəydi, sülh sazişinin bağlanıb-bağlanmamasından asılı olmayaraq, məcburi köçkünlərin yenə də Ermənistanı məhkəməyə vermək hüquqları qalacaqdı.Birinci Qarabağ müharibəsi olanda Ermənistan və Azərbaycan ikisi də Avropa Konvensiyasının üzvü deyildi. Sırf o illərdə olan pozuntulara görə Avropa Məhkəməsinə getmək olmur. Sual oluna bilər ki, bəs Çıraqov işində AİHM-ə necə getdik? Çünki onların evi çoxdan işğal olunsa da, mülkiyyət hüququndan çoxdan məhrum olsalar da, ermənilər həmin şəxslərə evlərinə qayıtmağa imkan vermir. Bunun da adı “davam edən pozuntu”dur. Yəni davam edən pozuntuya görə məhkəməyə getmək olur. Əgər davam edən pozuntu halı aradan qaldırılsa, AİHM-ə getmək üçün əsas qalmayacaq”.
Qeyd edək ki, Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan tert.am-a müsahibəsində bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır.
Nəzrin Abbaszadə
Emtv.az