SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR

25-01-2019, 14:52 | Oxunub: 13 991 |

DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, uşaqların sevərək yediyi yoqurt yüksək risk qrupuna aid məhsullardandır. Lazımi şəraitdə saxlanılarsa və normal istehlak olunarsa, problem yaratmaz. Məsələ də burada düyünlənir. Üzərində bir neçə ay, hətta bir il saxlama müddəti göstərilir. Bəs, tərkibi şəkərlə zəngin olan yoqurtu, əslində, bu qədər müddət saxlamaq doğrudurmu?

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin Sədri: "Əgər yoqurtlarda meyvələrdən istifadə olunubsa, onların yararlılıq müddəti daha aşağı olur. Lakin uzun müddət saxlanılan, kiflənməyən yoqurtlar təhlükəlidir".

Azad İstehlakçılar Birliyinin sədri deyir ki, əksər valideynlər bu məlumatdan xəbərsizdir.

Valideyn: "Hərdən baxıram".

Valideyn: "Yox, baxmıram".

Valideyn: "Ən çox tarixinə baxıram".

Ən azından mağazalardan yoqurt alarkən onların saxlanma şəraitinə və etiket məlumatlarına xüsusi diqqət yetirmək vacib hesab olunur.

Aysel Cəlilova - AQTİ-nin Deportament Direktoru: "İstehlakçılarımıza tövsiyəmiz ondan ibarətdir ki, yoqurtu alanda ağzını açdıqdan sonra dərhal istehlak etsinlər. Həmçinin alıb evə gətirən zaman soyuducuya qoysunlar, kənarda saxlamasınlar".

Mütəxəssislər bu narahatlığa görə yoqurtdan imtina edin demirlər. Ev şəraitində də sağlam qida hazırlamaq mümkündür deyən ekspertlər bunu şübhələrdən qurtulmaq üçün ən rahat yol hesab edirlər.

Kulinarlar ev şəraitində yoqurt hazırlayarkən mütləq bir məqama diqqət yetirməyin vacibliyini vurğulayırlar. Yalnız və yalnız yerli və mövsüm meyvələrində istifadə etmək lazımdır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR