17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bakıda hamamda “qanlı gecə”: 4 nəfər bıçaqlandı
Gecə saatlarında paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində, "Pak hamam" adlanan obyektdə qeydə alınıb.
Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib.
İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər.
Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb.
1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az