18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lənkəranda üç nəfər bıçaqlandı
Lənkəranda üç nəfər bıçaqlanıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsi ərazisində baş verib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə üç nəfər daxil olub.
Onlardan 1952-ci il təvəllüdlü Veravul kənd sakini olan, Nərimanabad qəsəbəsində məskunlaşan Oktay Əliağa oğlu Həsənov qarın boşluğundan, 1947-ci il təvəllüdlü Hüseynağa Kitabulla oğlu Əliyev ürək nahiyəsindən, 1947-ci il təvəllüdlü Faiq Vaqif oğlu Məlikov isə hər iki bud nahiyəsindən xəsarət alıblar.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni F.Məlikov şəxsi münaqişə zəminində törədib və sonradan özünə xəsarətlər yetirib. İki yaralı əməliyyat olunaraq cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən F.Məlikova ambulator yardım göstərildikdən sonra buraxılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırmalar davam edir.
İsmayil İsmayilov
Emtv.az