18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Narkotiki qəbiristanlıqda gizlətmişdi
Emtv.az DİN Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, , yanvarın 23-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Vüqar Babayev olduğu müəyyən edilib.
RPŞ-nin əməkdaşları tərəfindən V.Babayevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan sellofan bükümdə 231qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəzrin Abbaszadə
Emtv.az