18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Yeni ödənişli yolla bağlı vəziyyət nə yerdədir?
Emtv.az xəbər verir ki, Azərbaycanda yeni ödənişli yolla bağlı görülən işlər açıqlanıb.
Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində xatırladıb ki, 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib.
Ə.Qasımov bildirib ki, hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 31-201 kilometrlik hissəsinin ödənişli əsasa keçirilməsi üçün müvafiq işlər görülür.
O vurğulayıb ki, yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.
Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov demişdi ki, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolu 2019-cu ildən ödənişli ola bilər: "Yollarda ödəniş üçün turniketlər artıq Cənubi Koreyadan sifariş verilib. Yaxın günlərdə həmin turniketlərin gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq. 2019-cu ildən yolun ödənişli olması nəzərdə tutulur".
Zərifə Ələkbərova
Emtv.az