SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakı-Astara yolunun təmiri bitir - Pulu olmayan sürücülər bu yolla gedə bilməyəcəklər - Yol pullu olacaq?

29-08-2018, 17:13 | Oxunub: 13 234 |

Bakı-Astara yolunun təmiri bitir - Pulu olmayan sürücülər bu yolla gedə bilməyəcəklər - Yol pullu olacaq?

Ələt-Astara–İran İslam Respublikası yolunun açılışı sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə planlaşdırılıb. İşlər hələ davam etdirilir.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə bağlı yerli mətbuata özü açıqlama verib.

Onun sözlərinə görə, hazırda sözügedən istiqamətdə bəzi hissələrdə təmir işləri davam etdirilir. İşlər tam yekunlaşdıqdan sonra istifadəyə veriləcək: “Sözügedən avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. İşlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, tikinti norma və standartlarına uyğun şəkildə aparılır. Əsas məqsəd yolun qısaldılması və rahatlığım tam təmin edilməsidir. Bu səbəbdən yol boyu hər şey düşünülüb.

Bilirsiniz ki, Prezident İlham Əliyevin iştirakı ilə yolun 23.4 km-lik Yenikənd-Salyan hissəsinin və bu hissədə yerləşən Kür çayı üzərində yeni inşa edilmiş 363 metr uzunluğunda körpünün, Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələrinin açılış mərasimləri keçirilib.

Hazırda isə yeni magistral yolun Salyan-Şorsulu, Şorsulu-Cəlilabad və Lənkəran-Astara hissələrində işlər sürətlə davam etdirilir. Bu işlər sentyabrın sonlarına doğru, ən geci isə oktyabr ayının əvvəllərində yekunlaşdırılacaq”.

Sözügedən yolun ödənişıli olacağı ilə bağlı deyilənlərə də aydınlıq gətirən A.Nəcəfli bildirib ki, yeni yolun pullu olması ilə bağlı heç bir qərar yoxdur.

Xatırladaq ki, yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunel inşa edilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Bu günə qədər ümumi uzunluğu 243 km təşkil edən yol aparılan inşa işlərindən sonra 38.4 km qısalaraq 204.6 km olacaq.

Aynurə Kərimova,
Emtv.az

Axar.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR