SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İsrail zərbələrə davam edəcək - ABŞ-ın planı

22-01-2019, 16:26 | Oxunub: 9 996 |

İsrail zərbələrə davam edəcək - ABŞ-ın planı

İsrail Suriyada İranın obyektlərinə zərbələr endirməyə davam edəcək.

Emtv.az xəbər verir ki,bunu yerli mətbuata açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bu fonda İsraillə İran arasında ötən ilin mayından Suriya ilə bağlı davam edən gərginliyin artacağını bildirib:“İsrail Suriyada İranın obyektlərinə zərbələr endirməyə davam edəcək. Növbəti hücumlar İsrailin ümumi dəst-xəttinin tərkib hissəsidir və əsas məqsəd İranı Suriyadan çıxarmaqdır. Əslində, Rusiya ilə soyuq münasibətlər də İsrailə İranın Suriyadakı obyektlərinə zərb endirmək üçün əlverişli şərait yaradır. Son günlər Rusiya ali rütbəli şəxslərinin İsrailə səfərlərinə baxmayaraq, siyasi rəhbərlik səviyyəsindəki əlaqələr bərpa olunmur. Bu isə İsrailin Suriyada əl-qolunu açır. Maraqlı isə İranın hücumlara kəskin reaksiya verməməsidir. İran İsrailin hücum etdiyi obyektlərin Suriyaya məxsus olduğunu iddia edir. Suriya rəsmiləri də bunu pisləyirlər. Ümumiyyətlə, yaxın aylarda vəziyyət dəyişməyəcək və İsrail Suriyada İranın obyektlərinə zərbələr endirməyə davam edəcək”.

Politoloq belə bir vəziyyətin İsrailə sərf etdiyini bildirib:“İsraildə apreldə parlament seçkiləri keçiriləcək. İsrail yaranmış bu vəziyyətdən siyasi məqsədlər üçün də istifadə edə bilər. Bu cür kampaniyalar Netanyahuya reytinqini yüksək səviyyədə saxlamaq imkanı yaradır”.

Politoloq bu mənada ABŞ-ın İsrailə siyasi və hərbi dəstək verəcəyini deyib:“ABŞ Suriyadan çıxmağa hazırlaşsa da, bölgədəki vəziyyəti nəzarətdə saxlayır. Onsuz da ABŞ-ın Suriyadakı maraqlarını İsrail və İraq kürdləri qoruyacaq. Əslində, belə bir vəziyyət ABŞ-ı qane edir. ABŞ Suriyadan çıxsa belə, İraqdakı bazaları vasitəsilə vəziyyətə hər an müdaxilə edə bilər”.

Ekspertin fikrincə, ABŞ Suriyada İranla birbaşa üz-üzə gəlməmək üçün öz maraqlarını İsrailin vasitəçiliyi ilə təmin edəcək:“Bu mənada İsrail Vaşinqtonun strateji məqsədlərini yerinə yetirsə də, bütün xərcləri və siyasi riskləri ABŞ öz üzərinə götürür”.

Qeyd edək ki, İsrail hərbçiləri Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endirib, həmçinin Suriya HHM qüvvələrinə məxsus “Pançir” zenit raket kompleksini məhv edib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR