18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İsrail İran ordusuna hücum etdi – İlin ilk zərbəsi
İsrail hərbçiləri bu gecə Suriyadakı İran silah anbarları və bir neçə hava hücumundan müdafiə batareyalarına qırıcılardan zərbə endiriblər.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Əviv bu zərbənin Qolan təpələrinə Suriyadan endirilən raket hücumuna cavab olduğunu bildirib. Hücum zamanı həmçinin İranın “Qüds” briqadasının hərbi obyektlərinin, İran kəşfiyyat mərkəzi və İran təlim düşərgəsinin hədəf alındığı vurğulanıb:
“İsrail ərazisinə dünən atəş açmaqla İran özünün Suriyadakı hərbi mövcudluğunun əsl hədəfini yenidən nümayiş etdirdi. İran İsrail dövləti və regional stabillik üçün təhdiddir”.
İsrail ordusu bundan sonra İran qoşunlarının İsrailin şimal sərhədlərində mövcudluğuna qarşı qətiyyətlə müqavimət göstərməyə davam edəcəyini bildirib. Rəsmi Təl-Əviv həmçinin Əsəd rejiminin ölkə ərazisində baş verən hər şeyə görə məsuliyyət daşıdığını bəyan edib.
Qeyd edək ki, sonuncu dəfə İsrail Suriyadakı İran qüvvələrinə belə genişmiqyaslı hücumu keçən ilin mayında həyata keçirmişdi.
Ötən gün isə İsrail ordusunun Dəməşqin cənub-şərqində yerləşən Duvali hava limanı istiqamətində hücumunun qarşısının alındığı və 7 raketin zərərsizləşdirildiyi barədə Rusiya MN məlumat yaymışdı.
İsrailin Suriyaya hücumu nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Rusiya Müdafiə İdarəsi Milli Mərkəzi hücum zamanı Suriya hava hücumundan müdafiə qüvvələrinin 30-dan çox qanadlı raket və idarə olunan aviabombanı zərərsizləşdirdiyini bildirib.
Zərifə Ələkbərova
Emtv.az