SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Təhsil Nazirliyində gözlənən struktur dəyişikliyi

15-01-2019, 20:35 | Oxunub: 12 462 |

Təhsil Nazirliyində gözlənən struktur dəyişikliyi

Dövlət başçısının 4 ildən çoxdur icra olunmayan bir sərəncamının icrasına hazırlıq görülür.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, söhbət Təhsil Nazirliyinin strukturunun yenilənməsi haqda sərəncamdan gedir.

Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı həmin sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır.

Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.

Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.

Ərazi maliyyə mərkəzləri əslində regional təhsil idarələrinin yaradılması prosesinin tərkib hissəsidir. Təhsil Nazirliyinin 15 regional idarəsi olacaq, ərazi maliyyə hesablaşma mərkəzlərinin də sayı 15-dir. Hər regional təhsil idarəsinin hansı şəhər və rayonları əhatə etməsi nəzərdə tutulubsa, ərazi maliyyə hesablaşma mərkəzləri də məhz həmin şəhər və rayonları əhatə edir.
24 iyul 2014-cü il sərəncamında regional təhsil idarələrinin hansı şəhərlərdə yerləşməsi nəzərdə tutulubsa, ərazi maliyyə hesablaşma mərkəzləri hazırda həmin şəhərlərdə yerləşib.

Artıq 3 ildir təhsil şöbələri ərazi mərkəzlərindən maliyyələşir. Yəni regional təhsil idarələri hələ mövcud olmasa da, 3 ildir təhsilin regional maliyyələşdirilməsi mexanizmi mövcuddur.

Beləliklə, təhsil idarələri yaradılmasa da, onun maliyyələşdirilməsi mexanizmi artıq qurulub.

Novator.az-ın əldə etdiyi məlumata görə, yaxın vaxtda dövlət başçısının 24 iyul 2014-cü il sərəncamının tam icrasına, yəni şəhər və rayon təhsil şöbələrinin ləğv edilərək regional təhsil idarələrinin fəaliyyətə başlamasına hazırlıq gedir.

Bu prosesi 2018-2019-cu tədris ilinin sonunda yekunlaşdırmaq planlaşdırılır.

Məlumata görə, regional təhsil idarələri yaradılandan sonra hər şəhər və rayonda aid olduğu regional idarədən iki nümayəndə çalışacaq.

Bundan başqa, metodkabinetlərin vahid mərkəzdə birləşdirilərək yeni adla fəaliyyət göstərəcəyi də vurğulanır.

2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında çıxış edərkən prezident İlham Əliyev struktur islahatının gözləndiyini deyib: “İdarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Yanvarın 14-də prezident struktur yeniliklərini nəzərdə tutan fərmanlar imzalayıb. Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu və Strateji Araşdırmalar Mərkəzi ləğv edilib; Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsinə qərar verilib.

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edilib: onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən qurulacaq.

Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR