SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TƏHSİL NAZİRLİYİNDƏ BÖYÜK İSLAHATLAR GEDİR

5-01-2016, 15:54 | Oxunub: 14 081 |

TƏHSİL NAZİRLİYİNDƏ BÖYÜK İSLAHATLAR GEDİR
Təhsil Nazirliyi Prezident İlham Əliyevin "Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 iyul 2014-cü il tarixli sərəncamının icrasını həyata keçirməyə başlayıb.


"EMTV.az" xəbər verir ki, bu haqda nazirlikdən məlumat veriblər.


Xatırladaq ki, həmin sərəncama əsasən, təhsildə şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulması ilə yanaşı, ölkənin təhsil sahəsinin qabaqcıl dünya standartları səviyyəsinədək təkmilləşdirilməsi nəzərdə tutulur. Bununçün aparılacaq struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir.

Dövlət başçısı, eyni zamanda, Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin aşağıdakı regional idarələrinin yaradılması qərarını vermişdi.

Bununla da aşağıdakı regional təhsil idarələri yaradılmalıydı:

- Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;

- Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;

- İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;

- Şəki şəhər, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;

- Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;

- Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;

- Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;

- Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;

- Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;

- Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;

- Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;

- Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;

- Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;

- Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;

- Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.

Bundan əlavə, sərəncamla "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu" aşağıdakı şəkildə təsdiq edilib:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi;

2.2. regional təhsil idarələri.

"EMTV.az" xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb, Azərbaycan Prezidentinə təqdim etmək, 6 ay müddətinə isə Ədliyyə və Maliyyə nazirliklərinə qeydiyyat və xərcləri müəyyənləşdirmək tapşırılsa da, 01 yanvar 2015-ci ildən qüvvəyə minəcək sərəncamın icrası bir il ərzində müəmmalı şəkildə təxirə salındı. Həmin vaxtı bu təxirəsalınma müxtəlif fərziyyələrlə yozulsa da, hökumət və Təhsil Nazirliyi bu günədək bu ləngiməyə rəsmi aydınlıq gətirməkdən yayınıblar.


İndisə vəziyyət kökündən dəyişir.

Saytımızın əməkdaşının əldə etdiyi məlumata görə, ölkədə yaranan böhranlı iqtisadi durum artıq hökuməti təcili olaraq bu sərəncamdan irəli gələn məsələlərin həllinə də məcbur edib. Belə ki, Prezident Administrasiyasından verilən tapşırıq əsasında müvabiq nazirlikllərdən ibarət komissiya artıq sərəncamın icrasına start veriblər. Təhsil Nazirliyinin nümayəndələri isə hazırda rayon təhsil şöbələrinin maliyyə-təsərrüfat fəaliyyəti, inventarlar, şagirdlərin, müəllimlərin sayı və sair sahələr üzrə təftişləri gücləndiriblər:

"Bu sərəncamın icrasına dekabrın 21-də baş verən növbəti devalvasiya qərarından sonra daha sürətlə başlanıb. Artıq hökumət anlayır ki, maliyyə vəsaitlərinə qənaət etməklə yanaşı, daha kiçik heyətlə çevik idarəetmə sistemini gerçəkləşdirməkdən başqa yolu yoxdur. Düzdür, bu qərar xeyli işsiz ordusu yaradacaq, ancaq 68 rayon və şəhərdəki idarələrin ləğvi, həm də böyuk bir vəsaitə qənaət demək olacaq. Ona görə də hazırkı şəraiti nəzərə alan hökumət Təhsil Nazirliyinə müvafiq tapşırıq verib. Bu üzdən də nazirlik yuxarıda qeyd edilən sərəncamın icrası istiqamətində işləri sürətləndirib. Hazırda bütün rayon təhsil şöbələrində sürətlə təftiş və təhvil-təslim işləri gedir, rayon şöbələri aidiyyatı üzrə regional idarələrin fəaliyyət göstərəcəyi rayonlara və nazirliyə müvafiq sənədləri daşımaq və hesabat verməklə məşğuldurlar. Böyük ehtimala yaxın 2 ay ərzində rayon şöbələri tələb olunan bütün sənəd və hesabatları yekunlaşdıracaqlar. Və bundan sonra rayon təhsil şöbələri rəsmən ləğv ediləcək, Regional Təhsil İdarələrinin fəaliyyətinə isə start veriləcək".

Müsahibimiz deyir ki, Regional idarələrin yaradılması təhsil sahəsində böyük sayda ixtisarların aparılacağını da qaçılmaz edəcək:

"Şübhəsiz ki, ləğv edilən rayon təhsil şöbələrinin müdirləri, müavinləri, baş mühasibləri, metodistləri və digər ştat işçilərinin hamısını müvaiq vəzifələrlə təmin etmək mümkün olmayacaq. Onların maksimum 30-40 faizi Regional İdarələrin tərkibində yaradılacaq müvafiq departamentlərdə işlə təmin ediləcək. 60 faizə yaxın təhsil işçisinin bir qisminə orta məktəblərdə müəllim işi təklif olunacaq. Mühasib və digər vəzifə sahiblərinin çoxunun isə işsiz qalacağı şübhəsizdir".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR