18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda narkotacir saxlanılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Emtv.az DİN-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədi ilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Zərifə Ələkbərova
Emtv.az