SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

14-01-2019, 16:29 | Oxunub: 14 135 |

Azərbaycanda yayılan qriplə bağlı AÇIQLAMA verildi

Hazırda Azərbaycanda qrip virusu geniş yayılıb. Bağçalar, orta və ali məktəblər, iş yerlərində hər 4 nəfərdən 1-i qripdir. Güclü baş və boğaz ağrısı, öskürəklə müşayiət olunan xəstəlik sağalmaq bilmir.

Qonşu Gürcüstanda sürətlə yayılan və 14 insanın ölümünə səbəb olan "donuz qripi" (A-H1N1 tipi) təhlükəsi isə insanların təşvişini artırır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan Dövlət Tibb Universitetinin Yolxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda Azərbaycanda müşahidə edilən xəstəlik mövsümi qripdir:"Hər il olduğu kimi, bu il də respirator qrip virusu mövsümi xarakter daşıyır. Qonşu Gürcüstanda yayılan virusun Azərbaycanda yayılma ehtimalı var, amma hələlik vəziyyət nəzarət altındadır. Bugünədək ölkədə "donuz qripi" virusu təsdiqlənən xəstə yoxdur. Bizim klinikanın üçüncü mərtəbəsi ağır qripli xəstələr üçü hazırlanıb. Amma orada elə bir ağır xəstəmiz yoxdur.

Mövsümi xəstəliyin ağırlaşması da insanın özündən asılıdır. Məsələn, hərarəti olan uşaq bağçaya, məktəbə, yaxud böyüklər işə gedəcəklərsə, ağırlaşma olması təbiidir. Xəstə insanlar ən azı hərarət olan dövrdə evdə qalmalıdırlar ki, ağırlaşma halları olmasın".

Həkim qeyd edib ki, xroniki xəstəlikləri olan insanlarda qripdən ağırlaşma riski yüksəkdir:"Bu insanlar xüsusilə diqqətli olmalıdırlar. Heç kəs də "həkimlik edib" özünümüalicəyə cəhd göstərməməlidir".

C.İsayev adi respirator virusun "donuz qripi"nə çevrilmə ehtimalından da danışıb:

"Bu iki virus bir-birinə yaxın viruslardır, kliniki olaraq eyni gedişata malikdirlər. "Donuz qripi"ndə ölüm halları çox az olur. Bu da ağırlaşma hallarında qeydə alınır. Gürcüstanda bu virsudan ölən xəstələrdə digər xəstəliklər də olub ki, onların ağırlaşması baş verib. İnsanın özünün immun sistemindən asılı olaraq xəstəlik müxtəlif kliniki formada özünü biruzə verə bilir. Orqanizmin müqavimətinin xəstəliklə mübarizədə böyük rolu var. Amma ümumilikdə adi virusun "donuz qripi"nə çevirlmə ehtimalı yoxdur. Çünki bu virusların ştampları fərqlidir. İnsan eyni anda hər iki virusa yoluxa bilər ki, bu zaman onların kombinasiyası mümkündür. Bu zaman kombinasiyadan yeni ştampların yaranma ehtimalı var. Bu da nadir hallarda rast gəlinən haldır".

İnfeksionist Azərbayana gətirilən "donuz qripi" peyvəndələrinin istifadəsi üçün göstərişin olmadığını bildirib:"Hazırda epidemoloji vəziyyət o dərəcədə gərgin deyil ki, peyvəndlərdən istifadə olunsun. Peyvəndi özəl təşkilatlar gətirib. Nəzərə almaq laızmdır ki, xəstəliyə tutulandan sonra vurulan peyvəndin effekti olmayacaq. Peyvənd əv azı 2 ay əvvəldən vurulmalıdır ki, insanda virusa qarşı immunitet yaratsın. Bir də qrip əleyhinə aparılan peyvəndlər müəyyən mənada xəstəliyin azalmasına səbəb olur. Amma mütləq şəkildə bu virusdan qoruyacağına təminat yoxdur. Hər halda əvvəllər qrip olan insan bu virusu yüngül keçirir.Bununla yanaşı, dövlət tərəfindən qabaqlayıcıcı, maarifləndirici tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda təhlükəli situasiya yoxdur. Belə olsaydı, uşaq bağçaları, məktəblər bağlanardı, xəstə uşaqların təhsil müəssisələrinə buraxılmazdı".

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR