SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Enerji içkiləri qadağan edildi

14-01-2019, 16:11 | Oxunub: 14 048 |

Enerji içkiləri qadağan edildi

Enerji içkisi ilk dəfə 1962-ci ildə Yaponiya firması tərəfindən istehsal olunub. Həmin vaxt bu içki uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün istehsal edilib ki, onlar özlərini gümrah hiss etsinlər.

2000-ci illərin ortalarında enerji içkilərinin 600-ə yaxın növü qeydə alınıb.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dünya bazarında enerji içkilərinin dövriyyəsi 55 milyard dollar həcmindədir.

Statistikaya əsasən, enerji içkilərini qəbul edənlərin 66 faizi 13-35 yaş arasında olan şəxslərdir.

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Kofeinin hesabına enerji içkiləri insanı bir müddət gümrah saxlayır, diqqətini daha yaxşı toplamasına kömək edir.

Lakin enerji içkiləri hamilələrə, uşaqlara və yetkinlik yaşına çatmayanlara məsləhət görülmür.

Bir litr enerji içkisində təxminən 150 milliqram kofein var.

Mütəxəssislərin araşdırmalarına görə, həddindən artıq kofein yuxu pozğunluğuna və xroniki yorğunluğa gətirib çıxarır. Eyni zamanda, enerji içkiləri insanlarda baş ağrısı, mədə-bağırsaq sistemi xəstəlikləri yarada bilir.

Enerji içkiləri psixoloji problemlərə də yol açır. Belə ki, enerji içkiləri asılılıq yaratmaqla, gündəlik həyata mənfi təsir göstərir.

Enerji içkilərinin tərkibi şəkər var, bu da artıq çəki problemi yaradır. Danimarkada aparılan araşdırmalara görə, enerji içkilərinin mütəmadi qəbulu piylənmə və diabet riskini artırır.

Xüsusən idmandan sonra enerji içkilərindən uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər enerji içkilərini təzyiqin qalxmasına, ürəkdə ritm pozğunluğuna və böyrək çatışmazlığına da səbəb ola bilmə ehtimalını istisna etmirlər.

ABŞ-ın Şimali Kentukki Universitetinin psixologiya kafedrasının dosenti Sesilya Marzinskinin araşdırmalarına görə, enerji içkilərini alkoqolla qarışdıranlar sərxoş olmağa daha meylli olurlar.

İsveçdə alkoqol və enerji içkisinin qarışığından ibarət kokteyli içən 2 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, enerji içkiləri uşaqların sağlamlığı üçün də zərərlidir.

ABŞ Səhiyyə Nazirliyi yanında Qida və Dərman Departamentinin hesabatına görə, 2004-2012-ci illər aralığında 18 nəfər enerji içkilərindən dünyasını dəyişib.

Norveç, Danimarka və Fransada enerji içkilərinin marketlərdə satışı qadağan olunub.

2012-ci ildən Macarıstanda enerji içkiləri zərərli ərzaqların siyahısına daxil edilib.

İsveçrədə isə yaşı 15-dən aşağı olan uşaqlara enerji içkiləri satılmır.

Zərifə Ələkbərova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR