SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Bloomberg” gizli planı açıqladı

9-01-2019, 12:52 | Oxunub: 8 845 |

“Bloomberg” gizli planı açıqladı

Kreml nüfuzunu qoruyub saxlamaq üçün Belarusu özünə birləşdirmək istəyir.

Emtv.az xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazıb.

Mənbə bildirir ki, belaruslu lider Aleksandr Lukaşenko Rusiya ilə daha sıx ittifaqdan yalnız iqtisadi mənfəət güdür ki, bunlar da ucuz neft və qazdır, lakin heç bir vəchlə suverenliyini itirmək istəmir.

Lakin nəşr qeyd edir ki, Belarusla birləşmə Rusiya üçün cəlbedici ideyaya çevrilib.

Birincisi, belaruslarla birləşmə rusiyalılar üçün bir vaxtlar dost olmuş Ukrayna ilə ayrılmanın “kompensasiya”sı ola bilər.

Bundan əlavə, 2024-cü ildə Rusiya lideri Ali Dövlət Şurasının rəhbərliyinə gələ bilər.

Mənbə xatırladır ki, sözügedən orqan 1997-ci ildə RF ilə Belarus arasında çərçivə müqaviləsinin imzalanmasından sonra yaradılmışdı.

Həmin müqaviləyə əsasən, iki dövlətdən ibarət federasiyanın vahid valyutası, bayrağı və emblemi, ümumi bazarı və vahid məhkəmə sistemi olmalıdır.

KİV-ə görə, yaranmış vəziyyətdə Lukaşenko Qərbdən kömək uma bilər, lakin bu da sərfəli variant kimi görünmür, belə ki, ABŞ və Avropa İttifaqı onun mütləq hakimiyyətini laxlada bilərlər.

Daha öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya ilə Belarusun birləşməsi müzakirə predmeti deyil.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR