SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

3 gündür "yoxa çıxan" azərbaycanlı tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar - YENİLƏNİB - FOTOLAR

4-01-2019, 20:16 | Oxunub: 10 756 |

3 gündür "yoxa çıxan" azərbaycanlı tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar - YENİLƏNİB - FOTOLAR

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.

Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonudan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.

Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanın "Report" İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.

3 gündür "yoxa çıxan" azərbaycanlı tələbə qızlar kirayə qaldıqları evdə ölü tapıldılar - YENİLƏNİB - FOTOLAR















09:36

Ukraynanın Xarkov şəhərində iki tələbə türk qızı yaşadıqları evdə ölü tapılıblar.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündür onlardan xəbər ala bilməyən bir rəfiqələrinin səhər saatlarında polisə gedərək vəziyyəti bildirməsindən sonra polis tələbələrin yaşadığı evə gedib. Kirayə qaldıqları mənzildə qızların cansız bədənləri ilə qarşılaşan səlahiyyətlilər "isti izlər"lə apardıqları araşdırma zamanı qızların öldürüldüyünü müəyyən ediblər.

Tələbələrin Xarkov Universitetində oxuduqları məlum olub.

ÖLDÜRÜLƏN QIZLARDAN BİRİ KEÇMİŞ SEVGİLİSİ TƏRƏFİNDƏN TƏHDİD EDİLİRMİŞ

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, həyatını itirən tələbələrdən biri olaydan qısa zaman öncə ailəsinə türk vətəndaşı olan keçmiş sevgilisinin onu təhdid etdiyini deyib.

Cəsədlərin tapıldığı mənzilin sahibi və qətlə yetirilən gənc qızlardan birinin keçmiş sevgilisi olduğu bildirilən türk vətəndaşının da polis tərəfindən sorğuya alındığı bildirilib.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR