17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ukraynada 2 azərbaycanlı tələbə qızın meyiti tapıldı
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.
Emtv.az yerli mediaya istinadən xəbər verir ki, Xarkovdakı universitetlərdən birində təhsil alan, ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.
Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonudan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.
Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra azərbaycanlı güllələnib, 20-dən çox isə azərbaycanlının oğurlanması faktı qeydə alınıb.
Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanlı jurnalistlərə qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur.
Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.
Nezrin Abbaszade
Emtv.az
Paylaş.