SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlı jurnalisti erməni qətlə yetirib

24-12-2018, 15:44 | Oxunub: 9 207 |

Azərbaycanlı jurnalisti erməni qətlə yetirib

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında üç Rusiya jurnalistinin qətlində şübhəli bilinən "Vaqner" xüsusi hərbi şirkətin 10 muzdlusunun şəxsiyyətini müəyyənləşdirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qurumun saytında verilən məlumata görə, "Vaqner" muzdluları bu ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən Afrika ölkəsinə göndərilib.

Muzdlu döyüşçülər "M-Finans" şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Onları Afrikaya rusiyalı biznesmen Yevgeni Priqojinin şəxsi təyyarəsi ilə çatdırıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, "M-Finans" şirkətinin vəzifələrinə Mərkəzi Afrika Respublikasında yerli hərbiləşdirilmiş qruplaşmaların üzvlərinin təlimatçı hazırlığının həyata keçirilməsi də daxildir.

Ümumilikdə, Ukrayna Təhlükəsizlik Xidməti "M-Finans"-ın "təhlükəsizlik xidməti"nin tərkibində Mərkəzi Afrika Respublikasında Rusiyanın hərbi kəşfiyyatının rəhbərliyi ilə xidməti məsələlərin icrasına cəlb edilən 37 Rusiya vətəndaşının şəxsiyyətini müəyyən edib.

Onlardan 10-u bilavasitə Rusiya jurnalistlərinin qətli günündə Mərkəzi Afrika Respublikasında olub. Qeyd edilir ki, bu şəxslərdən əksəriyyəti Ukraynanın şərqində və Suriyada terror fəaliyyətində iştirak edirdilər. Onların arasında erməni mənşəli muzdlu da var.

Həmin 10 nəfərin adları aşağıdakılardır:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.

Qeyd edək ki, MAR-da sənədli film çəkən rusiyalı jurnalistlər iyulun 31-də naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR