18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda vəzifəli şəxsin ölümü ilə bağlı DETALLAR - 16 yaşlı sürücü və... - YENİLƏNİB
Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzasını törətmiş şəxslə bağlı yeni faktlar üzə çıxıb.
Emtv.az xəbər verir ki, yerli mətbuatın əldə etdiyi məlumata görə, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində "Nissan" markalı avtomobillə 1981-ci il təvəllüdlü Süleymanlı Ləman Rafiq qızını vurub öldürən Qurbanov Qurbanəli Eyyub oğlunun sürücülük vəsiqəsi olmayıb. Belə ki, 2002-ci ildə anadan olmuş Q.Qurbanov vəsiqəsi olmada minik avtomobili idarə edirmiş və piyada keçidindən keçən Ləmanı vurub.
Qeyd edək ki, hadisədə vəfat edən Ləman Süleymanlı "AzərTürkBank"da şöbə rəisi vəzifəsini tuturmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib. L.Süleymanlı ölümündən 3 gün əvvəl sosial şəbəkədə sonuncu dəfə cizgi filmi fraqmenti paylaşaraq "böyümək istəmirəm, mənə uşaqlığımı qaytarın" cümləsini yayıb.
Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sükan arxasında Qurbanəli Qurbanovun olması müəyyən edilib və o tutulub.
Dəhşətli hadisədə vəfat edən Ləmanın bəzi fotolarını təqdim edirik.
----------
10:50
Dekabrın 21-də axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, həmin gün saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobilin vurub öldürdüyü Süleymanlı Ləman Rafiq qızı banklardan birində yüksək vəzifədə çalışırmış. Belə ki, L.Süleymanlı "AzərTürkBank"da şöbə rəisi vəzifəsini tuturmuş. Hadisə o, işdən evə qayıdarkən baş verib.
Qeyd edək ki, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o tutulub.
Aynurə Kərimova,
Emtv.az