SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda dörd nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı

21-09-2018, 12:23 | Oxunub: 11 188 |

Bakıda dörd nəfərin öldüyü dəhşətli qəzanın təfərrüatı

Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli “Hyundai” markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.

Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.

Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir.

Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.

Emtv.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib: “Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma aparılır”.

Hadisə nəticəsində həlak olanlar – sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğludur.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş verməsinə səbəb yüksək sürət göstərilsə də, araşdırmalar davam edir.

Xatırladaq ki, sentyabrın 20-də “Hyundai” markalı avtomobil Xətai rayonu, Nobel prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq Əbilov küçəsi, 17 ünvanında elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində avtomobil hissələrə bölünüb və içərisində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR