SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Həyat yoldaşı ifaçının xəstəliyindən danışdı: Rəmişin ağciyərlərinə...

22-12-2018, 19:07 | Oxunub: 11 708 |

Həyat yoldaşı ifaçının xəstəliyindən danışdı: Rəmişin ağciyərlərinə...

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova həyat yoldaşının müalicəsi üçün pul lazım olması ilə bağlı yazılanlara sərt reaksiya verib.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, G. Hüseynovanın dediyinə görə, yazılanlar səhvdir, onların heç kimin puluna ehtiyacı yoxdur: "Rəmişin ağciyərlərinə oksigen getmir, bəlğəmlə doludur, boğulur. 10 ildir, bundan əziyyət çəkir. Tolik ötən dəfə onu bu vəziyyətdə gördü. Özü efirdən varlı insanlara, imkanlılara müraciət edib. Xalqa deməyib ki, ona pul yığın, on min verin. Mən onun müalicəsinə nə qədər pul lazım olduğunu bilmirəm.

Xalqdan 10 min istəmək məsələsi Rəmişin adına yaraşmır ey... Rəmiş 75 ildir, ad-san saxlayıb, bunun qarşılığında dilənçi damğasını qəbul edə bilmərik".

Rəmişin xanımı deyib ki, dövlət tərəfindən müalicə yardımı təklif edilərsə, onu qəbul edərlər: "Rəmişin Müalicəyə ehtiyacı var, amma yaxşı həkim tapa bilmirik. Biz dəfələrlə Gürcüstanda, İranda, Rusiyada olmuşuq. Amma dəqiq diaqnoz qoyan yoxdur. Türkiyə, İsrail və digər dövlətlərin heç adını çəkməmişik. Ora getmək kimi fikrimiz də yoxdur. Öz həkimlərimiz onu müalicə edəcək. Buranı qoyub xaricə getmərik.

Azərbaycanda yaxşı həkim çıxar, deyər ki, Rəmiş gəlsin, müalicə edim, onda gedərik, bunu qəbul edərik. Hökumətimiz, prezidentimiz Rəmişi hansısa xəstəxanaya göndərərsə, onu qəbul edərik. Amma xalqın boğazından kəsib, pul dilənib, müalicəyə getməyə razı olmarıq. Mən Rəmişin ölümünə razı olaram, amma onun üçün xalqdan pul yığılmasına razı olmaram.

Lazım olarsa Rəmişin evini, maşınını sataram, pulunu müalicəsinə xərcləyərəm".

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR