SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Niyə onu oyatdın ki?"

20-12-2018, 22:04 | Oxunub: 14 516 |

"Niyə onu oyatdın ki?"

Mirzə Muhəmməd Hüseyn Nayini nəql edir: "Qardaşım Mirzə Muhəmməd Səyid bir gün ayağında möhkəm ağrı hiss edir və hətta yol getməyə belə aciz olur. Onu müalicə etmək üçün həkim gətirirlər. Əvvəl müalicə az da olsa fayda verir, ancaq az keçmir ki, bu ağrı və çirk o biri ayağına da keçir. Bu ağrı və çirk onu hər gün daha çox zəiflədirdi. Həkimin müalicəsi ağrıdan başqa bir şey vermirdi.

Emtv.az yerli KİV-ə istinadən bildirir ki, bir gün xəbər gətirdilər ki, şəhərdə bir həkim vardır ki, çox mahirdir. Adı Mirzə Yusifdir və şəhər kənarında olan kəndlərin birində yaşayır. Atam onun ardınca adam göndərdi, o, qardaşımı kamil şəkildə müayinə etdi. Bir müddət sükut etdi və fikrə getdi.

Nəhayət həkim atama dedi: "Mən əvvəl filan qədər pul alacağam. Ondan sonra müalicəyə başlayacağam".

Onun niyyəti atamı müalicədən ümidsiz etmək idi. Çünki onun söylədiyi məbləğ bizim zaman üçün əldə olunası deyildi.

Atam dedi: "Bu miqdar pul mənim üçün imkansızdır".

Bu sözləri eşidən həkim otağı tərk etdi. Sonradan atama dedilər ki, həkim onu müalicə etməkdən məyus olduğu üçün belə etmişdir.

Mənim dayılarımdan biri çox təqva və zöhd əhli idi. Anam qardaşımın vəziyyətini belə görən zaman, ondan xahiş edir ki, İmam Zaman ağa (ə.f) üçün məktub yazsın. O, məktubu yazır və şəhərin kənarında olan quyuya atır.

Mən gecə yuxuda gördüm ki, üç atlı bizim evə tərəf gəlir. Onları görən kimi İsmayil Hərqəlinin hekayət etdiyi əhvalat yadıma düşdü. Öz-özümə dedim: "Yəqin ki, o atlılardan irəlidə gələn İmam Zaman ağadır (ə.f). Özü gəlmişdir ki, qardaşıma şəfa versin".

O üç nəfər bizim evə yaxınlaşan zaman atlarından düşdülər. Qardaşımın yatdığı otağa getdilər və mən təxmin etdiyim şəxs ki, İmam Zaman ağa (ə.f) idi, qardaşıma yaxınlaşdı. Əlində olan nizəni qardaşımın əlinə qoydu.

Və buyurdu: "Qalx, dayın səfərdən gəlmişdir və qapının arxasında səni gözləyir".

Mən başa düşdüm ki, İmam (ə.f) mənim ticarət edən və səfərdən qayıdan dayımı nəzərdə tuturdu. Qardaşım onun sözlərinə itaət etdi və qaçaraq qapıya tərəf yaxınlaşdı.

Elə bu zaman yuxudan ayıldım və gördüm ki, səhər açılmışdır. Ancaq ev əhlindən heç kəs sübh namazı üçün oyanmamışdır. Gördüyüm yuxu yadıma düşdü və tələsik halda qardaşımın yanına getdim. Onu oyatdım və dedim: "Muhəmməd Səyid! Qalx, İmam Zaman ağa (ə.f) sənə şəfa vermişdir!".

Onu qaldırdım və mənim səs-küyümə anam yuxudan ayıldı. Görəndə ki, qardaşımı yuxudan durquzmuşam, çox narahat oldu. Mənə dedi: "O, ağrısına görə gecəni yatmamışdır və indi ki, ağrısı bir qədər azalmışdır, yuxuya getmişdir. Niyə onu oyatdın ki?".

Dedim: "Anacan! Qardaşıma şəfa veriblər!".

Məndən soruşdu: "Nə deyirsən?".

Sözümü təkrar etmək istəyirdim ki, qardaşımın yeridiyini gördük. Sanki indiyə qədər heç bir narahatlığı olmamışdı.

Anam sevindiyindən yüksək səslə ağlamağa başladı. Bütün ev əhli bu səsə ayıldı. Az keçmədi ki, şəhər əhli bu hadisədən xəbər tutdu. Qardaşımı görmək üçün özlərini bizim evə çatdırdılar.

Allahın izni ilə İmamın (ə.f) şəfası qardaşımı həmin xəstəlikdən xilas etdi və bir neçə gün sonra səfərdə olan dayım gəlib çıxdı".

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR