SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto

20-12-2018, 15:29 | Oxunub: 10 174 |

Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Emtv.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17 000 avronu 32 606 manata mübadilə etmələri barədə məlumat daxil olub.

Təqdim edilən 500 avroluq əskinaslardan ibarət pulların saxta olması müəyyən ediləndən sonra həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə saxlanılıblar.

Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25 000 avro məbləğində pul əskinasları və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət valyuta mübadilə mərkəzlərində satmaq məqsədi ilə Türkiyə Respublikasından ölkəyə gətirdiklərini bildiriblər. Ekspertizaya təqdim edilən ümumilikdə aşkar edilən 42 000 saxta avro yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. F.Həsənzadə və A.Novruzov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Seymur Rəhimov,
Emtv.az

Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto
Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto
Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto
Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto
Bakıya satmaq üçün 42 min saxta avro gətirən şəxslər həbs edildi – Foto

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR