18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Saxta əsginasla bağlı iki nəfər saxlanıldı - Masallıda
Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb 100 manatlıq əsginas verərək ödəniş edib.
Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əsginasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradır və onu yoxlayır. Pul saxta idi. Vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edir. Həmin şəxsi tanımırdı. Lakin gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görmüşdü.
Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar.
Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Emtv.az