18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Əgər onlar dövləti təhqir edirsə, bu bütün deputatalara aid edilir” - Siyavuş Novruzov
“Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca. Onlar biraz da məsələnin üzərinə gəlirlər. Kanlları saytları açdıqca, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai-siyasi sabitliyin qorunmasında, dövlətimizin qurucusu Ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər. biz niyə susmalıyıq?”.
Emtv.az xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, bir qrup deputatlar hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək: “Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanı ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, rısavi deputatların hər biri onlara cavab verməli, dövlət başısını, Ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə mill azadlıqda olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələrində fəaliyyət göstəriblər. Müxətlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparaırlar”. Üzünü hüquq-mühafizə orqanlarına tutan S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb aidiyyatı strukturların qarşısına qoyun: “ Sual verin ki. sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanılmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz. Almaniyada. Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazan kimi gecə ilə həbs edirlər. Amma Azərbaycan əlayehinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiz? Hüquq mühafiqə orqanları interpola konkret sənədlər təqdim etməlidir”. Deputat qeyd edib ki, hüquqi demokratik mübarizədən söhbət gedirsə, gəl mübarizəni apar: “Bu gün Azərbaycan kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərşivəsində mitinq keçirir, etirazını edir. Demokratik mübarizənin yolu budur. Antidemokratik mübarizənin yolu isə hüquq mühafizə orqanıdır. Bu məələ ciddi şəkildə həll olunmalıdır ki, başqaları onlara qoşulmasın. Deputatlar da bu məsələlərə mövqeyini bildirməlidir. Əgər onlar dövləti təhqir edirsə, bu bütün deputatalara aid edilir”.
Sevinc Əlimova,
Emtv.az