SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Lukaşenkodan Paşinyana sərt ifadələr : “Problemi yaradan Paşinyandır…”

15-12-2018, 16:57 | Oxunub: 12 371 |

Lukaşenkodan Paşinyana sərt ifadələr : “Problemi yaradan Paşinyandır…”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin təyin edilməsi prosesinin uzanmasının səbəkarı Belarus deyil və bu problemi biz yartamamışıq. Bu problemi yaradan Nikol Paşinyandır”.

Emtv.az xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin yeni baş katibinin seçkisi və bunun ətrafında yaranan ojitaja mövqeyini açıqlayarkən deyib.

Məsələ ilə bağlı Nikol Paşinyanın reraksiyasını şərh edən Aleksandr Lukaşenko deyib ki, problemi Belarus deyil, Ermənistan yaradıb: “Paşinyan təşkilatın keçmiş rəhbərini həbs etmək istəyirdi. Müdrik adamsansa, bunu sakit həll edəydin və problem həll olunaydı. Bu məmur seçilib və orada elə də böyük rol oynamır . O belə addım atmasaydı bu problem də olmayacaqdı. Nikol Paşinyan bizi Ermənistandakı daxili siyasi problemlərə cəlb etmək istəyirdi”.

A.Lukaşenko deyib ki, Ermənistandan sonra KTMT-yə rəhbərlik estafetini Belarusa qəbul edir.

“Mənə bu məsələ ilə bağlı danışmaq xoş deyil. Sanki mən çalışram ki, KTMT-də bizim adam olsun. Nursultan Nazarbayev, daha sonra Vladimir Putin və digərləri məsələ ilə bağlı bizi dəstəkləyərək bildirdilər ki, KTMT-də rəhbərlik Belarus etsin. Onda mən dedim ki, biz buna hazırıq, onsuz da bir ildən sonra təşkilatın nizamnaməsinə uyğun olaraq namizədimizi təklif edəcəkdiq. İndiki belədir, qoy olsun”-Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki, Nursultan Nazarbayev jurnalistlərə açıqlamasında KTMT-yə rəhbərlik etməsinə razılıq verildiyini bildirib. “Prinsip etibarı ilə razılaşmışıq. Bəli, Ermənistan bunun əleyhinə olub. Lakin praktik olaraq razılaşmışıq. Artıq Qazaxstan prezidenti bu barədə deyib. Ancaq Nikol Paşinyan buna kəskin etiraz bildirib”- Lukaşenko deyib.

Lukaşenko qeyd edib ki, bütün bunalara baxmayaraq məsələ ilə bağlı müdriklik nümayiş etdirmək lazımdır və təcrübəli siyatəçilərə belə edir.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR