18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Prezident İlham Əliyev: “Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir”
“2018-ci il sona yaxınlaşır. Hər il idmançılarla görüş zamanı biz ilin idman yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Bütün sahələrdə, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə etmişdir”.
Emtv.az xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Dünyada isə bildiyiniz kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər getmişdir və demək olar ki, beynəlxalq vəziyyət daha da gərginləşmişdir. Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik təmin edilmişdir. Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir. Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik.Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur”, – deyə dövlət başçısı vurğulayıb.
Sevin Əlimova,
Emtv.az
Paylaş.