17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“İstefam ölkənin gələcəyini təhlükə altında qoyacaq” - Baş nazir
Böyük Britaniyanın baş naziri Tereza Mey etimad səsverməsi öncəsi açıqlama verib.
Emtv.az xəbər verir ki, mühafizəkarların lideri bildirib ki, onu hökumət başçısı postundan salmaq cəhdlərinə qarşı sona qədər mübarizə aparacaq.
Mey qeyd edib ki, hakim partiya və hökumət rəhbəri postu uğrunda mübarizə Britaniya tarixinin həlledici anıdır. Baş nazirin sözlərinə görə, onun istefası ölkəsinin Avropa İttifaqından çıxması prosesinə mane ola bilər :
“İndi Mühafizəkarlar partiyası rəhbərinin dəyişməsi ölkəmizin gələcəyini təhlükə altında qoyacaq, qeyri-müəyyənlik yaradacaq. Yeni lider qanunla müəyyən edilən son tarix - 21 yanvara kimi müəyyən edilməyəcək. Bu isə “Brexit” danışıqları üzrə nəzarətin parlamentdə müxalif deputatların əlinə keçməsi riskini daşıyır. Yeni liderin Aİ-dən çıxmaqla bağlı razılaşma üçün yeni danışıqlar aparmağa və onu parlamentlə martın 29-na kimi razılaşdırmağa vaxtı olmayacaq. Və ilk addım olaraq 50-ci maddəni uzatmaq, hətta ləğv edə bilər. Bu isə “Brexiti gecikdirə və ya dayandıra bilər”.
Aysu Aliyeva
Emtv.az
Paylaş.