17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Arif Əsgərovun baldızı oğlu həbs olunaraq təcridxanaya göndərildi – “Yoxa çıxdığı” deyilirdi
“Azərbaycan Dəmiryolları” ASC-nin keçmiş rəhbəri və nəqliyyat nazirinin (Ziya Məmmədov erası) keçmiş müavini olmuş Arif Əsgərovun milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş baldızı oğlu bu gün həbs edilib.
Emtv.az xəbər verir ki, bir həftədən artıqdır yoxa çıxan Rahib Hüseynovun barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilib.
Belə ki, məhkəməyə könüllü gələn R.Hüseynov barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyşdirilib və o, həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına etap olunub. Məhkəmənin növbəti iclası işin icraatı təzələndikdən sonra müəyyən olunacaq.
Aldığımız məlumata görə, R.Hüseynov barəsində vəkilin iştirakı ilə protokol tərtib olunub və o, ədliyyə nazirliyinin əməkdaşlarına təhvil verilib.
Xatırladaq ki, Rahib Hüseynov 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. Bu iş üzrə onun qardaşı artıq 9 il həbs cəzası alıb.
İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir.
Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş R.Hüseynov da ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib. Buna görə də məhkəmə Hüseynovun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, R.Hüseynovun valideynləri övladlarının günahsız olduğunu, törədilən cinayətlərdə Arif Əsgərovun oğlu Elnar Əsgərovun əli olduğunu iddia edirlər. Bununla bağlı Hüseynovlar ailəsi “Yeni Musavat” qəzətinə sensosion məlumatlar açıqlayıblar.
R.Hüseynovun anası Lətifə Hüseynova və həyat yoldaşı İsmayıl Hüseynov keçmiş nazir müavini-oliqarxın ailəsində baş verənlər, habelə onun oğlunun qara muhasibatlıq dəftərini, səs yazılarını və s. təqdim ediblər. Onlar deyirlər ki, zərərçəkənlərdən “Azərbaycan Dəmir Yolları” ASC-yə dəyərindən dəfələrlə baha döşəkağı, dəsmal və s. sataraq, yaxşı qazanc əldə etmək adı altında on milyonlarla manat pulu alan əslində Elnar Əsgərovdur. Rahib və qardaşı isə bu dələduzluq sxemində sadəcə olaraq Elnarın tapşırıqlarını yerinə yetiriblər, onun qara muhasibatlıq işlərini aparıblar, kimə nə verdiyini, pulları hara xərclədiyini dəftərə yazıblar.
L.Hüseynova deyib ki, zərərçəkənlər hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra Arif Əsgərov onlara cəmi 23 milyon manat ödəyib. Qadın həmin pulları Arif Əsgərovun evindən daşıyıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardığını, orada müstəntiqin pulları zərərçəkənlərə protokol tərtib etməklə payladığını təfsilatı ilə danışıb. L.Hüseynova deyir ki, Arif Əsgərovun bu qədər pulu zərərçəkənlərə ödəməsi dələduzluq sxeminin onun oğlu tərəfindən qurulmasının nəticəsi idi. Belə ki, Rahib Hüseynov qara muhasibatlıq kitabını anasına verəndə həmin pulları Elnar Əsgərovun tapşırığı ilə aldığını deyib.
R.Hüseynov da ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. O, bütün işləri Elnar Əsgərovun etdiyini bildirib.
R.Hüseynovun ifadəsinə görə, ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub. Rahib Hüseynov isə Elnarın “qara mühasibat”lığına nəzarət edib. R.Hüseynov 2013-cü ildən etibarən həbs edilmədən öncəyə qədər görülən işlərlə, alınan məbləğlərlə bağlı dəftərlərdə qeydlər yazıb. Beş dəftərdə ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Qeydlərdə xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi və məbləğlərin 20-25 milyon olduğu məlum olub.virtualaz.org
Aynurə Kərimova,
Emtv.az
Paylaş.