17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Arif Əsgərovun qohumunun məhkəməsi təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məbləğdə dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin müdafiəsinə yeni qoşulan cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Həmçinin zərərçəkmiş Mahmud Şəmmədzadə məhkəmə iclasına gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılıb. Məhkəmə prosesi avqustun 18-ə kimi təxirə salınıb.
Qeyd edək ki, E.Hüseynovun barəsindəki həbs-qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib. O, hazırda ev dustaqlığındadır. Təqsirləndirilən şəxs külli miqdarda dələduzluqda ittiham olunur. O, Tural Hüseynovun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar və Mərziyyə Rzayevanın isə 19 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
E.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə təqsirli bilinir. Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnterpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Cinayət əməlinə görə həbs edilən E.Hüseynovun barəsində Səbail Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərarı çıxarıb.
Yeri gəlmişkən onu da bildirək ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Emtv.az