SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

30-11-2018, 17:14 | Oxunub: 12 927 |

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub
Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub.

Emtv.az xəbər verir ki, “Əxtar” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən poemanı fars əlifbasıyla nəşrə İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlayıb.

Noyabrın 24-dən 27-dək Təbrizdə keçirilən I Beynəlxalq Aşıqlar Festivalının ilk günü məhz bu kitabın təqdimatına həsr olunub. Təqdimat mərasimində İranın Şərqi Azərbaycan vilayətinin və Təbriz şəhər bələdiyyəsinin rəhbərliyi, İran parlamentinin üzvləri ilə yanaşı, Azərbaycandan dəvət olunmuş qonaqlar da iştirak ediblər.

Şərqi Azərbaycan vilayəti valisinin müavini Bədri Şükuhi, Təbriz bələdiyyəsinin sədri İrəc Şahin Baher, İran parlamentinin üzvü Rza Beygi və digər çıxışçılar Zəlimxan Yaqubun bir şair kimi böyüklüyündən, “Peyğəmbər”in Təbrizdə çap olunmasının və belə tədbirlərin davamlı təşkilinin əhəmiyyətindən danışıblar. Kitabın nəşrində və bütövlükdə tədbirin keçirilməsində böyük zəhmətləri olan Təbriz şəhəri üzrə Elmi İnstitutun rəisi Seyyid Bəlaği tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb və bu yöndə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu və şairin qardaşı Çingiz Yaqubov Xalq şairinin bu əsərinin Təbrizdə nəşr olunmasını və belə bir təqdimat mərasiminin keçirilməsini yüksək dəyərləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər

Sevinc Əlimova
Emtv.az

Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR