18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Abşeronda "London taksi"si qarət edildi, sürücü döyüldü
Abşeron qəsəbəsində naməlum şəxslər "London taksi"sinin sürücüsünə qarşı quldurluq edib.
Emtv.az yerli mənbələrə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, "20 yanvar" dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib.
Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər.
Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan "Samsung J-3" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Sevinc Əlimova
Emtv.az
Paylaş.